Tarix : 2017 Oct 26
Kod 53166

Keçmiş hicab məhbusu Elşən Abbasov saxlanılıb

Bərdə rayon sakini, keçmiş hicab məhbusu Elşən Abbasov saxlanılıb
Arannews-İslamazeri.com-a daxil olan məlumata görə, ictimai fəal Elşən Abbasov yaşadığı Bərdə rayonu Dövlət Yol Polisi tərəfindən saxlanılıb, daha sonra Post Patrul Xidmətinin əməkdaşları tərəfindən polis bölməsinə aparılıb. Məhkəməyə aparılacağı gözlənilir.
Elşən Abbasovun hansı maddələrlə ittiham olunduğu hələ ki, məlum deyil. 
Xatırladaq ki, Elşən Abbasov 2012-ci ilin oktyabr ayının 5-ində keçirilən ikinci hicab aksiyasında saxlanılıb, 2 il müddətinə azadlıqdan məhrum edilib.

  • Yazılıb
  • da (də) 2017 Oct 26
  • Göndərən مدير سايت Aran News