Tarix : 2008 Jun 17
Kod 5317

RUSLARLA ERMƏNİLƏR ARASINDA KÜTLƏVİ DAVA

Maqnitoqorsk şəhər xəstəxanasına isə kəllə-beyin travması ilə daha bir toqquşma iştirakçısını gətiriblər, bu şəxsə artıq tibbi yardım göstərilib.
Russia Servisi/Aran Agentliyi

Rusiyanın Verxneuralsk şəhərində ruslarla ermənilər arasında kütləvi dava baş verib. Nəticədə bir rus ölüb, bir erməni isə xəsarət alıb. Bu barədə Rusiyanın Çelyabinski vilayətinin hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, nəticədə 32 yaşlı kişi Verxneuralsk mərkəzi rayon xəstəxanasına kəllə-beyin travması ilə çatdırılıb. Həmin şəxs artıq dünyasını dəyişib. Maqnitoqorsk şəhər xəstəxanasına isə kəllə-beyin travması ilə daha bir toqquşma iştirakçısını gətiriblər, bu şəxsə artıq tibbi yardım göstərilib.

qaynar.infonun Rusiya mətbuatına istinadına əsasən isə məlum olub ki, iyunun 12-də Verxneuralskda öldürülən şəxslə onun iki yoldaşı sərxoş vəziyyətdə yay kafesinə gəliblər. Məlumatda deyilir: “Gələnlər onlara pulsuz xidmət göstərilməsini tələb ediblər. Mübahisə davaya çevrilib. Kafe sahibi dostlarına zəng vurub. Təxminən gecə saat 3-4 radələrində kafeyə ermənilər gəlib və müştəriləri döyüblər”.

Araşdırmalara əsasən, iyunun 13-ü səhər həmin şəxslər görüşərək, münasibətləri aydınlaşdırmaq qərarına gəliblər. İdarədən xəbər verirlər ki, axşam mərhum şəxslə dostları (onlar 10 nəfər olublar) və erməni millətinin nümayəndələri görüş yerinə gəliblər və daha sonra dava başlayıb. Öldürülən şəxsin bir neçə dəfə başına zərbə endirilib, bir nəfər erməni isə kəllə-beyin travması alıb. Maqnitoqorskun Lenin rayonu üzrə rayonlararası axtarış şöbəsi RF Cinayət Məcəlləsinin 111.4 (sağlamlığa ağır zərər vurma, ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb.

  • Yazılıb
  • da (də) 2008 Jun 17