Livandakı “Hizbullah” hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürovu qəbul edib.
Arannews-Bu barədə virtualaz.org ərəb KİV-ə istinadən məlumat yayıb. Məlumata görə, “Hizbullah”ın rəhbərlərindən olan Naim Qasim səfirlə daxili siyasət və təhlükəsizlik, Livanla Azərbaycanın münasibətləri, Suriya böhranı və digər məsələləri müzakirə edib. Ələlxüsus, Qasim qeyd edib ki, Suriya xalqın, ordunun və rəhbərliyin əyilməzliyi sayəsində ölkənin bölünməsi təhlükəsini adlayıb.
Ağasəlim Şükürov
Livanda bu hərəkat ən böyük siyasi qüvvələrdən biri olan "Hizbullah" ABŞ və İsrail tərəfindən terror təşkilatı kimi tanınır. Hərəkatın hərbiləşdirilmiş qanadının döyüşçüləri isə Suriya Ərəb Respublikasının icazəsi ilə bu ölkədə İŞİD-lə mübarizə aparır.
Ağasəlim Şükürov 2015-ci ilin oktyabr ayında Azərbaycanın Livanda səfiri təyin edilib. Bundan əvvəl o, Liviyada səfir olub.