Tarix : 2017 Oct 26
Kod 53172

Myanmada müsəlmanlar yaşayan 5 kənd ordunun mühasirəsində qalıb

Myanma ordusu Raxin əyalətində müsəlmanlara məxsus 5 kəndi mühasirədə saxlayır.

Arannews-Maide.Az “İqna”-ya istinadən xəbər verir ki,  Raxin əyalətində yerləşən yüzlərlə kəndin müsəlman sakinləri  ordu qüvvələrinin  və ifratçı buddistlərin hücum və zülmlərinə görə  avqust ayının 25-dən etibarən həmin kəndləri boşaldaraq  Banqladeşə sığınıb. Lakin bu 5 kəndin sakinləri  yaşayış yerlərini tərk etməyib və  ordu qüvvələrinin mühasirəsində qalır.  
 Məlumata görə, onlara  kəndlərin ərazisini tərk etməyə icazə verilmir.  Bu həmin kəndlərdə  ərzaq və dərman preparatlarının çatışmamazlığına səbəb olub. 
 Hökumət  humanitar yardımların da bu kəndlərə çatıdırlmasına icazə vermir. 
 Qeyd edək ki,  Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 25 avqustdan indiyədək Myanma hökuməti, ordunun və ifratçı buddistlərin zülmündən  qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarının sayı 600 mini keçib. Onların böyük əksəriyyəti qadın və uşaqlardır. 
 Qaçqınların çox ağır şərtlər altında həyatla mübarizə apardığı bildirilir. 
 Qaçqın düşərgələrində təmiz su və səhiyyə xidmətləri kimi təcili insan tələbatlarına böyük ehtiyac var.
 

  • Yazılıb
  • da (də) 2017 Oct 26
  • Göndərən مدير سايت Aran News