ABŞ Nümayəndələr Palatası Livanın "Hizbullah" müqavimət hərəkatına qarşı sanksiyalar tətbiq edib.
Arannews-İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, sanksiyalar dünən şifahi səsvermə əsasında yekdilliklə qəbul edilib, İsrailin işğalçılıq siyasətinə qarşı mübarizə aparan hərəkat "qətl və dağıdıcılıq" fəaliyyətlərində ittiham olunub.
Bildirək ki, "Hizbullah"a qarşı belə bir addımın atılması hərəkatın Livan-Suriya sərhədləri boyunca İŞİD-ə qarşı uğurlu əməliyyatlar keçirdiyi ərəfədə baş verib.