Filippində əhalinin 10 faizini müsəlmanlar təşkil etsə də  ölkədə 2500 məscid var 
  
 
Arannews-Maide.Az  xəbər verir ki,  Filippinin baş müftisi Əli Ancu  deyib ki,  müsəlmanlar  daha çox  Mindanao, Palauan və Morosecond  bölgələrində məskunlaşıblar.  
O deyib ki, müsəlmanların məskunlaşdığı ərazidə 2500 məscid fəaliyyət göstərir . “İlk məscid hicri təqvimi ilə 9 -cu əsrə aiddir.  Bundan başqa  120 islami mərkəz fəaliyyət göstərir. 
 Baş müfti bildirib ki, Filippinə islam hicri təqvimi ilə 6-cı əsrdə tacirlər vasitəsi ilə gəlib. 
Tarixi mənbələrə əsasən,  Filippinin bəzi adaları  İslam torpaqları olub