Filippində əhalinin 10 faizini müsəlmanlar təşkil etsə də ölkədə 2500 məscid var
Arannews-Maide.Az xəbər verir ki, Filippinin baş müftisi Əli Ancu deyib ki, müsəlmanlar daha çox Mindanao, Palauan və Morosecond bölgələrində məskunlaşıblar.
O deyib ki, müsəlmanların məskunlaşdığı ərazidə 2500 məscid fəaliyyət göstərir . “İlk məscid hicri təqvimi ilə 9 -cu əsrə aiddir. Bundan başqa 120 islami mərkəz fəaliyyət göstərir.
Baş müfti bildirib ki, Filippinə islam hicri təqvimi ilə 6-cı əsrdə tacirlər vasitəsi ilə gəlib.
Tarixi mənbələrə əsasən, Filippinin bəzi adaları İslam torpaqları olub