Deyr əz-Zorda Fərat çayının üzərində yerləşən strateji əhəmiyyətli Sakr adası İŞİD-dən azad edilib.
Aran Agentiliyi: "AlmasdarNews"-a istinadla xəbər verir ki, xüsusi təyinatlı "Pələng qüvvələri" yeni azad edilmiş Sənaye rayonu istiqamətindən adanın qərb yönünə daxil olub. Elit hərbi briqadanın yaxınlaşdığını görən İŞİD dəstələri adanın Mərkəzi parkına çəkilərək burada möhkəmlənməyə cəhd göstəriblər. Lakin hərbçilər onları buradan da geri çəkilməyə məcbur ediblər.
Sakr adasının azad edilməsilə Suriya ordusu Sənaye rayonunun təhlükəsizliyini tam təmin etmiş olub və İŞİD-in ən böyük təminat yollarından birini bağlayıb.
Suriya ordusundan daha bir qələbə: Strateji ada İŞİD-dən azad edilib
İslamazeri