Tarix : 2017 Oct 28
Kod 53185

Cavad Cavadov: “Ruhiyyəsi əladır, həmişə gördüyüm Talehdir, möhkəmdir”

Tale Bağırzadə mitinq iştirakçılarına edilәn təzyiqləri pisləyib Bu barədə vəkil Cavad Cavadov öz “facebook” səhifəsində məlumat paylaşıb.
Arannews-Rakurs TV-nin məlumatına görə, Cavad Cavadov oktyabrın 23-ü Qobustan həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, hərəkatın üzvü Abbas Hüseyn və Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovla görüşüb. Onun sözlərinə görə, Tale Bağırzadə saxlanma şəraiti ilə bağlı ictimaiyyətə məlumat vermək istəməsə də, əhval-ruhiyyəsi yaxşıdır:
“Ruhiyyəsi əladır, həmişə gördüyüm Talehdir, möhkəmdir. Milli Şuranın son mitinqindən əvvəl və sonra icazəli etiraz eksiyasında iştirakçılarına görə müxtəlif təbəqədən olan insanların: elm, incəsənət adamlarının, müəllimlərinin, poçt işçilərinin işdən çıxarılmalarına, həmçinin müxalif fikirli insanların, dindarların isə buna görə həbs edilərək işgəncələrə məruz qalmasına görə ciddi etirazının çatdırılmasını xahiş etdi”.
Abbas Hüseynov isə məruz qaldığı işgəncələrlə bağlı Qaradağ rayon Prokurorluğunun müstəntiqinin ondan izahat aldığını, lakin üç aydan artıq vaxt keçdiyi üçün bədənində hər hansı izin qalmadığını bildirib:
“Ona verilən işgəncələrlə bağlı Bakı şəhərinin Qaradağ rayon Prokurorluğunun müstəntiqi 21 oktyabrda ondan izahat alıb və o, izahatında bir daha ona işgənlərin verildiyini təsdiq edibdir. Bundan sonra o müstəntiqlə gətirilən məhkəmə-tibbi eksperti tərəfindən müayinə olunub. Ekspertə işgəncə verilən vaxtdan üç aydan artıq vaxt keçdiyini və hazırda hər hansı izlərin qalmadığını bildirib. Lakin vaxtında işgəncə izlərini Qirmızı Xaçın nümayəndələri və Ombudsman aparıtının nümayəndəsi görmüşlər. Bundan bir həftə əvvəl Penitensiar Xidmətdən gələn əməkdaş eyni məzmunlu şikayətləri ilə bağlı ondan izahat almışdır”.
Abbas Hüseynov həmçinin saxlanma şəraitinin bərbad olduğunu, qaldığı kameranın təmir olunacağına və ya onun başqa kameraya keçiriləcəyinə həbsxana rəhbərliyinin söz verməsinə baxmayaraq, heç bir dəyişikliyin olmadığını deyib. O, abunə olduğu qəzetlərin ona çatdırılmamasından da şikayətlənib:
“Saxlanıldığı kamerada kiçik hərəkət tavanın alçısının (ştukaturkasının) tökülməsinə səbəb olur. Ayaq yolu kameranın daxilində açıq vəziyyətdə olduğundan və su sutkada fasilələrlə cəmi 2-3 saat verildiyindən daimi üfünət iyi olur. Bundan əlavə ümümiyyətlə kanalizasiya tez-tez tutulur. Döşəmədən böyük böcəklər çıxır, kamerada siçovullar vardır. Həbsxanın müdriyyəti kameranın təmir olunacağına və ya onu başqa kameraya keçiriləcəyinə söz versədə bunu etməmişdir. Abbas Hüseynov həmçinin bildirdi ki, onun abunə olaraq yazıldığı qəzetlər ona verilmir Bununla belə müsbət hal odur ki, bütün həbsxanaya istilik vaxtından əvvəl verilibdir”.
Mövsüm Səmədov isə həbsxanada ciddi su probleminin olduğunu qeyd edib. AİP lideri hazırda partiyanın sәdr әvәzi olan İlham Əliyevin səhhətində yaranan problemlərə görə üzüldüyünü bildirib. Qeyd edək ki, İlham Əliyev oktyabrın 16-ı ağır ürək əməliyyatı keçirib:
“Hacı Mövsüm Səmədovun hamıya salamı vardır. Saxlanma şəraitində əsaslı dəyişiklik yoxdur və bir daha həbsxanada ciddi su problemini vurğuladı, suyun gündə üç dəfə hər biri cəmi 50 dəqiqə-bir saat verildiyini, su ehtiyatının yığa bilmədiklərinə görə natəmiz vəziyyətin olduğunu bildirdi. Doktor Səmədov Hacı İlham Əliyevin qəfil xəstələnməsini eşidib üzüldüyünü bildirdi. Hacı İlhama Allahdan şəfa diləyib tezliklə ailəsinə, dostlarının yanına dönərək və işlərini davam etməsini arzuladı”.
Müsәlman Birliyi Hәrәkatınln sәdri Tale Bağırzadə və Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyatla həbs olunublar. Məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Nardaran hadisələrinə görə, 70-dən çox insan həbs olunub. Onlar qanunsuz silahlı qruplaşma yaratmaq, dövlət çevrilişinə cəhd və digər ağır cinayətlərdə ittiham olunurlar. Təqsirləndirilənlər isə heç bir cinayət törətmədiklərini, həbslərinin siyasi xarakterli olduğunu bildirirlər.
AİP lideri Mövsüm Səmədov isə 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bir neçə beynəlxalq və yerli hüquq müdafiə təşkilatları adları çəkilən şəxsləri siyasi məhbus olaraq tanıyıb.


  • Yazılıb
  • da (də) 2017 Oct 28
  • Göndərən مدير سايت Aran News