Tarix : 2017 Oct 28
Kod 53186

"Əhsən Nuruzadə barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz etmək üçün hüquqi əsaslar kifayət qədərdir"

Oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sərdliyi ilə Müsəlman Birliyi Hərəkatının (MHB) koordinatoru Əhsən Nuruzadənin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Nərimanov rayon Məhkəməsinin 24 oktyabr tarixli qərarından verilən apellyasiya şikayətinə dair məhkəmə prosesi keçirilib. Məhkəmə prosesi qapalı keçirilib, məhkəmədə Əhsən Nuruzadənin özü və vəkili Yalçın İmanov iştirak ediblər.


Arannews-Vəkil Yalçın İmanov kifayət qədər dəlillər göstərilməsinə baxmayaraq apellyasiya şikayətinin təmin edilmədiyini bildirdi:
“Biz hesab edirdik ki, Əhsən Nuruzadənin cəmiyyətdən təcrid olunmadan və onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz etmək üçün hüquqi əsaslar kifayət qədərdir. Lakin Bakı Apellyasiya Məhkəməsi Nərimanov məhkəməsi kimi həmin dəlilləri araşdırmaqdan imtina etdi və Əhsən barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirməkdən imtina etdi”.
Qeyd edək ki, Müsəlman Birliyi Hərəkatının (MHB) kordinatoru Əhsən Nuruzadə oktyabrın 6-sı Səməd Vurğun bağınınn yaxınlığında qara rəngli "JEEP" markalı maşın tərəfindən naməlum istiqamətə aparılıb. Sonradan onun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı məlum olub. Oktyabrın 10-da ona qarşı cinayət işi açılıb. Ə. Nuruzadənin vəkili Yalçın İmanov onun Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunması barədə məlumat verib. Yaxınları onun ictimai fəaliyyətinə görə həbs edildiyini bildirir. Hal - hazırda Ə. Nuruzadə Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasındadır.


  • Yazılıb
  • da (də) 2017 Oct 28
  • Göndərən مدير سايت Aran News