Bərdə rayon sakini, keçmiş hicab məhbusu Elşən Abbasova qarşı verilən ittiham məlum olub
Arannews-slamazeri.com-a daxil olan məlumata görə, Bərdə rayon sakini, keçmiş hicab məhbusu Elşən Abbasova qarşı verilən ittiham məlum olub.Bellə ki, o məhkəməyə önünə çıxarılıb və barəsində 3 aylıq həbs qətiimkan tədbiri seçilib. İctimai və islamçı fəal Bərdə rayonunda "Elşən müəllim" kimi tanınıb.
Məlumata görə, ona qarşı 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə cinayət işi açılıb.
Xatırladaq ki, Elşən Abbasov 2012-ci ilin oktyabr ayının 5-ində keçirilən ikinci hicab aksiyasında saxlanılıb, 2 il müddətinə azadlıqdan məhrum edilib.