Tarix : 2017 Oct 28
Kod 53191

Bəşər Əsəd: Suriyada siyasi sabitlik üçün şərait hazırlanır

Suriya prezidenti vurğulayıb ki, ordunun qələbələri ölkəni siyasi fəaliyyətlər üçün hazıryaıb.
Arannews-Putinin Suriya işləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentev və heyəti Suriya prezidenti Bəşər Əsədlə görüş keçirib.
Məlumata əsasən görüşdə, Suriya ordusu və müttəqfiqlərinin ölkənin müxtəlif bölgələrində olan qələbələri və “Astana” müzakirələrinin 7-ci ssesiyasında iştirak etmək hazırlığı və müzakirə olunacaq mövzular barədə danışıqlar aparılıb.
Bəşər Əsəd bu görüşdə bildirib: “Suriya ordusunun və müttəfiqlərinin ölkəni terrorçulardan təmizləmə prosesində uğurları ölkədə siyasi fəaliyyətlər üçün şəraiti hazırlayıb. Xüsusən də Suriya dövləti ölkədə olan qanaxmanın dayandırılması və təhlükəsizliyin geri dönməsinə səbəb olacaq hər növ siyasi layihəni dəstəkləyir və müsbət gözlə baxır”.
Suriya prezidenti vurğulayıb: “Suriya dövləti bir tərəfdən terrorçular əleyhinə mübarizə aparmağa, digər tərəfdən isə milli barışıq və bütün tərəflərlə danışıqların aparılması üçün konfrans təşkil etməyə qərarlıdır. Biz bununla konstitusiyanın balanslaşdırılması mövzusuna və yeni parlament seçkilərinə hazırlaşmaq niyyətindəyik.”
Görüşdə olan Rusiya heyəti də öz növbəsində Suriya dövlətinə verdikləri dəstəyə davam edəcəklərini bildirərək, deyib: “Biz, Suriyada birliyin qorunması və təhlükəsizliyin geri qayıtması üçün təklif olunan siyasi yolları dəstəkləyirik”.


  • Yazılıb
  • da (də) 2017 Oct 28
  • Göndərən مدير سايت Aran News