Tarix : 2017 Oct 28
Kod 53192

Təqlid mərcələri İraq xalqının vəhdət nidasına çevrilib

Beynəlxalq məsələlər üzrə ekspert Ayətullah əl-üzma Sistaninin rolu və onun bütün cinahları anlaşma və müzakirəyə dəvət etməsi haqqında deyib:
Arannews-Beynəlxalq məsələlər üzrə ekspert Ayətullah əl-üzma Sistaninin rolu və onun bütün cinahları anlaşma və müzakirəyə dəvət etməsi haqqında deyib: Ayətullah Sistani Bağdad hökuməti və Kürdüstan Muxtar hökuməti arasında hazırda yaranmış böhranın həllinə təlaş edir və İraq ölkəsinin parçalanmağa doğru getməsinin qarşısını almağa çalışır. Bugünləri şiə təqlid mərcələri milli vəhdətin gerçəkləşməsi yolunda İraq xalqının nümayəndəsinə çevriliblər.
İraq Kürdüstanında keçirilən referendum Ərbil və İraqın mərkəzi dövləti arasında bir sıra gərginliyin yaranmasına səbəb oldu. Region ölkələri də referendumun nəticələrinə qarşı çıxdılar və onunla bərk qarşılaşdılar. Bunu Barzaninin səhv siyasəti adlandırmaq olar. Peşmərgə qüvvələrinin Kərkükdə məğlubiyyətindən sonra Barzani İraq dövlətinə müzakirə təklif etdi və referendumun ləğv edilməsindən danışdı. Qeyd olunan mözvularla bağlı beynəlxalq məsələlər üzrə ekspertin fikirlərini öyrənməyə çalışdıq. 
Sual: - İraqın şiə təqlid mərcələrinin keçmişdən bəri ölkənin siyasi səhnəsində mühüm rolları olub. Ayətullah Sistani son fətvasında həmrəylik və vəhdətin qorumasına, ixtilafların danışıqlar yolu ilə həll olunmasına təkid etdi. Sizin fikrinizcə, Ayətullah Sistaninin bu təklifi güclü icra zəmanətinə malikdirmi?
- Həzrət Ayətullah Sistani bir neçə il idi ki, siyasətə qarışmırdı və bir növ siyasət dünyasından küsmüşdü. Çünki İraq siyasətçiləri onun verdiyi tövsiyə və göstərişlərə əməl etmirdi. Amma burada məsələnin çox həyati bir rol oynadığını, qan tökülməsinin qarşısının alınmağını lazım bilən siyasətçilər və dövlət rəsmiləri Ayətullah Sistanidən məsələyə dəxalət etməsini istədilər, həmçinin Ayətullah Sistani özü də İraqın ərazi bütövlüyünə qarşı çıxan təhdidlərə görə çox narahat idi. Konstitusiyaya həssas yanaşan və onun yarandığı gündən icrasına təkid edən Ayətullah Sistani məsələyə müdaxilə etdi və çox güman ki, münaqişə tərəfləri onun tövsiyələrinə əməl edəcəklər.
Digər əhəmiyyətli məsələ budur ki, Ayətullah Sistani uzunmüddətli qantökmə yaranmaması üçün İraq qüvvələrinin Kərkükə daxil olmasından qabaq bəyanat verərək tapşırdı ki, Kərkükə nəzarət bərpa edildikdən sonra sülhamiz birgəyaşayış davam etməlidir və bütün məsələlərdə münaqişənin həlli təməl olaraq müzakirə başlanmalıdır. Habelə, Kərkükdə kürdlərin can və malının qorunmasına təkid etdi. Bu üzdən Ayətullah Sistani Kürdüstanın kontrol edilməsində mühüm rol oynadı, münaqişə tərəflərini anlaşmaya və birliyə dəvət etdi.


  • Yazılıb
  • da (də) 2017 Oct 28
  • Göndərən مدير سايت Aran News