Arannews-İslaminSesi.info bu barədə Küveytin “əl-Cəridə” qəzetinə istinadla məlumat verir. Mənbə bildirib ki, “əl-Abadi Tehran səfərində Ayətullah Xameneiyə bildirib ki, Vaşinqton Haşdu-Şabinin buraxılması və ləğv edilməsində israrlıdır və ya Vaşinqton Haşdu-Şabinin Silahlı Qüvvələrə qatılması məsələsində maraqlıdır. Vaşinqton istəyir ki, burada İraq daxilində İrandan əmr alan qüvvə olmasın”
“əl-Cəridə” Heydər əl-Abadinin ABŞ-ın mövqeyi haqda Ayətullah Xameneiyə dediklərini belə nəql edir:
“İraq hökumətinin başçısı Ali liderə bildirib ki, Donald Trampın Administrasiyası Kürdüstan Regional Hökuməti məsələsində mərkəzi Bağdadın bütün addımlarını dəstəkləyəcək bu şərtlə ki, Haşdu-Şabi indi olduğu sərhədləri keçməsin və heç vaxt Regional Kürdüstan Hökumətinin ərazilərinə daxil olmasın.”
əl-Cəridə yazır ki bu görüş zamanı Ayətullah Xamenei Haşdu-Şabi haqda əl-Abadiyə vurğulayıb ki, Haşdu-Şabi ləğv edilməməli, İraqda bütün təhlükəsizlik problemlərinin bitməsinə qədər onun qalması zəruridir.
Mənbə həmçinin əlavə edib ki, əl-Abadi bu səfərində Sepah generalı Qasim Süleymani ilə də görüşüb. Bu görüşdə bildirilib ki, Tehrana yaxın olan kürd partiyası yəni mərhum Calal Talibaninin başçılıq etdiyi Kürdüstan Yurdsevərlər Partiyası nəzarətində olan sərhəd keçidlərini Bağdada təhvil versin.