Tarix : 2017 Oct 29
Kod 53199

İsmail Həniyyə: HƏMAS rəsmisinə qarşı sui-qəsddə İsrail rejimi məsuliyyət daşıyır

Dünən səhər HƏMAS rəsmilərindən Tövfiq Əbu Nəimin avtomobili partladılıb.
Arannews-Fələstinin islami müqavimət hərəkatının (HƏMAS) lideri İsmail Həniyyə bəyan edib ki, hərəkatın aparıcı rəhbərlərindən olan Tövfiq Əbu Nəimə qarşı uğursuz sui-qəsd cəhdinin arxasında işğalçı İsrail rejimi dayanır.
İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, bu sözləri İ.Həniyyə dünən Qəzza şəhərində "Dar əl-Şifa" hospitalında müalicə alan Əbu Nəimə baş çəkərkən deyib.
"Fələstinin ədliyyə qurumları hücumu törədən əlləri cəzalandıracaq və biz inanırıq ki, işğalçı İsrail rejimi və onun köməkçiləri bu ağır cinayətə görə məsuliyyət daşıyır", - deyə HƏMAS lideri İsmail Həniyyə Əbu Nəimlə söhbətində vurğulayıb.
Bildirək ki, dünən səhər saatlarında Əbu əl-Həsən məscidində cümə ibadətlərini yerinə yetirdikdən sonra ibadətgahı tərk edən Tövfiq Əbu Nəimin avtomobili partladılıb. Partlayışda yüngül xəsarət alan Əbu Nəim xəstəxanaya yerləşdirilib. HƏMAS-ın Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda isə deyilir ki, Əbu Nəimin avtomobili Nüseyrət qaçqın düşərgəsi yaxınlığında partladılıb. Nəticədə digər bir neçə şəxs də xəsarət alıb.

  • Yazılıb
  • da (də) 2017 Oct 29
  • Göndərən مدير سايت Aran News