Livan “Hizbullah”-nın baş katib müavini ABŞ, İsrail rejimi və təkfirçiliərin düşmənçilik səbəblərinin “Hizbullah”-ın qələbələriylə əlaqəli olduğunu bildirib.
Arannews-Bu barədə çıxış edən Şeyx Nəim Qasim bildirib: “Təşkilatımız bu gün Donald Trampın mövzularından biridir. O “Hizbullah”-ı ittiham edərək, terrorçu adlandırır. Bununla da təhdid edərək, qarşılıq verəcəyini bildirir. Konqres və ABŞ nümayəndələr məclisi də “Hizbullah”-əleyhinə sanksiyalar tətbiq edəcəklər. Bütün bunların səbəbi “Hizbullah”-ın öz ərazilərini azad etməsi, köçkünlərin Livana sığınmasının qarşısını alması və Fələstin torpaqlarının azadlığı üçün çalışmasıdır. Həmçinin ABŞ-ın düşmənçilik səbəbi, onların Suriyada məğlub olması və hazırladıqları terrorçuların məhv olmasıdır.”
O sözlərinin davamında bildirib: “ABŞ “Hizbullah”-ın ordu, millət və müqavimət üçlüyü yaratdığına və bununla da ABŞ-ın layihələrinin nəticəsiz qalmasına səbəb olduğuna görə narazdıdır. ABŞ-ın “Hizbullah” əleyhinə təcavüzkarlıqları buna görədir ki, “Hizbullah” azadlıq, müstəqillik, anti-İsrail və təkfirçilər olduğuna görə xalqın döyünən ürəyidir.”