Tarix : 2017 Oct 29
Kod 53201

Qətər Ərəbistan gərginliyi davam edir

Qətərin Sudandakı səfiri bildirib: “Sudanın hörmətli prezidentinin Qətəri baykot edən ölkələrin, xüsusən Riyadın atmacalarına baxmayaraq bu səfəri reallaşdırması sevindirici haldır”.
Arannews-Qətər səfiri Nəimi 2 ölkə arasında olan qardaşlıq əlaqələrini vurğulayaraq bildirib: “İki ölkə başçıları hər növ mövzuda əlaqələrin güclənməsinə və bunları mənafelərin qorunması istiqamətində istifadə olunmasına təkid ediblər. Bizim Sudanla olan əlaqəmiz hər şeydən öncə əqidə və ideoloji bir əlaqədir və digər əlaqələrimiz də bunun üzərində qurulub. Hər iki ölkə dünyanın bütün müsəlmanlarına dəstək verir.”
Sudan prezidentinin Qətərə səfər etməsinə də toxunan Nəimi bildirib: “Bu müsbət xarakterli səfər 2 ölkə arasında olan geniş əlaqələr səbəbilə reallaşdı və çox ümid verici idi. Sudanın hörmətli prezidentinin Qətəri baykot edən ölkələrin, xüsusən Riyadın atmacalarına baxmayaraq bu səfəri reallaşdırması sevindirici haldır. İslam dünyasının dövlət adamları və şəxsiyyətləri bu qənaətdədirlər ki, ABŞ dollarları bir sıra körfəz ölkə rəhbərlərinə yalançı hörmət qazanmaqda yardımçı olub. Ərəb ölkələrinin onlarla olan əlaqəsi qardaşlıq və ortaq mövqelərə əsasən deyil, əksinə onların helmli olmasına səbəb iki tərəfli əlaqələrin qornması və müsəlman millətləri arasında əlaqələrin hörmət əsasında qurulmasıdır.”
Qeyd edək ki, Sudan dövləti körfəz böhranında bitərəf mövqe seçərək, baykot edən ölkələr tərəfindən təzyiqə məruz qalıb. Bütün bunlara baxmayaraq Dohaya rəsmi səfər edərək, kral Təmim bin Əhməd Ali-Sani ilə görüş keçirir. Görüş zamanı 2 ölkə arasında olan əlaqələr və bölgədə baş verən hadisələr müzakirə olunub.
Bir neçə gün davam edən səfər, Sudanın iqtisadi sanksiyalarının ləğv oldunduğu gündən etibarən başlayıb. Qətər, ABŞ-ın Sudana qarşı tətbiq etdiyi sanksiyaların qaldırılmasına dəstək verən birnci ölkələrdəndur. Qətərin xarici işlər naziri bu qərarın sülh və əmin-amanlığa səbəb olacağını ümid edib


  • Yazılıb
  • da (də) 2017 Oct 29
  • Göndərən مدير سايت Aran News