Tarix : 2017 Oct 29
Kod 53202

HAQLA BATİLİN MÜBARİZƏSİ

Bu qanuna əsasən, haqq və batil cəbhələri daim qarşı-qarşıya dayanmışdır və mübarizədədir.
Arannews-Həzrət Hüseynin (ə) imamətinə etiqadlı hər bir fərd Aşura və Hüseyn mövzularının Allah, Onun rəsulu (s) və məsum imamların nəzərində mühüm bir məsələ olduğunu bildikdən sonra bu cərəyanı tanımalı deyilmi?! Məgər öyrənməli deyilikmi ki, Aşura qəziyyəsi nədir? Aşuranı yalnız qətl-qarət və xeymələrin yandırılmasına görəmi böyük bilməliyik? Əlbəttə ki, yox! Tarixdə bu sayaq qətl-qarətlər və qırğınlar çox olmuşdur.
İmam Hüseyn (ə) dünyaya gəldiyi gündən həzrət Peyğəmbərin (s) insanların diqqətini bu məsələyə yönəltməsinin səbəbi nədir?!
Hər bir şiə bilməlidir ki, Hüseyn ibn Əlinin (ə) qiyamı nəyi aradan götürdü və nəyi bərqərar etdi. 
Haqla batilin mübarizəsi
Yaranışın əvvəlində bəşər cəmiyyətində mövcud olmuş və bu gün də davam edən bir qanun var. Bu qanun ümumdünya ədalət hökumətinin qurulacağı günədək fəaliyyətdədir. Bu qanuna əsasən, haqq və batil cəbhələri daim qarşı-qarşıya dayanmışdır və mübarizədədir. 
Bu cəbhələşmə hələ yer üzündə cəmi dörd insan olan vaxt yarandı. Həzrət Adəmin iki övladı (Habil və Qabil) haqq və batil cəbhələrinə bölündü. 
Habil və Qabilin əhvalatı Quranda ad çəkilmədən nəql olunmuşdur. (“Maidə”, 27) Həmin ayədə Adəmin iki övladı haqqında danışılır. Bu qardaşlardan hər biri haqlı olduğunu sübuta yetirmək üçün qurbanlıq etdi. Haqq tərəfdarı olan qardaşın qurbanı qəbul oldu, dünyapərəst qardaşın qurbanı rədd edildi. Qurbanı qəbul olunmayan qardaş həqiqətpərəst qardaşına qarşı çıxıb davaya başladı və onu öldürdü. Bu, bəşər nəsli tərəfindən yer üzündə törənmiş birinci qətl idi. Adil və təkallahçı bir şəxs zalım və ilhadçı (dönük, bidətçi) bir şəxs tərəfindən qətlə yetirildi. Həmin vaxtdan başlayaraq bəşər tarixində cəbhələşmə yarandı. Qurani-kərimin əhvalatları, peyğəmbər və övliyaların yolu bu həqiqəti təsdiq edən canlı sənəddir. 
Nuh 950 il müddətində olduqca məhdud bir cəmiyyətlə çoxsaylı dünyapərəstlərə qarşı dayanmışdı. Nəhayət, Allahın iradəsi ilə tufan batil əhlini məhv etdi. 
Tövhid tarixinin böyük qəhrəmanı bütpərəstlərlə mübarizəyə qalxdı. Nəhayət, onu oda atdılar. Amma Allahın əmri ilə od təsirsiz oldu! Musa Firon və zər-zor əhlindən təşkil olmuş cəbhəyə qarşı çıxdı, tağuta, zalımlara qalib gəldi.

  • Yazılıb
  • da (də) 2017 Oct 29
  • Göndərən مدير سايت Aran News