Tarix : 2017 Oct 29
Kod 53205

Mitinqə getdiklərinə görə polisə çağırılıblar

Mitinqə getdiklərinə görə polisə çağırılıblar
Arannews-28 oktyabrda Milli Şura növbəti etiraz mitinqi keçirib. Bəzi mitinq iştirakçıları 2-3 gün öncə polis idarələrinə çağırılaraq mitinqdə iştirak etməməklə bağlı polislərin onları dilə tutmağa çalışdıqlarını deyirlər. Milli Şura rəhbərliyi üzvlərinin mitinqdə iştirak etməməsi üçün müxtəlif təzyiqlərlə üzləşdiklərini bildiriblər. Onlar ya inzibati həbs olunur, ya qohumlarının işdən çıxarılması ilə bağlı təhdid alır, ya da polisə çağırılırlar.
AXCP üzvü Dilarə Miriyeva : Dedim, məni polisə gətirirsiniz ki, mən mitinqə getməyim, amma gedəcəm. Bu, mənim əqidəmdi, bu, mənim yolumdu. Mən bu hakimiyyətə müxalifəm. Mən xalqımın əzilməsinə dözə bilmirəm. Gənclərimizin məhv olmasına dözə bilmirəm. Dedim ki, məni bir daha bura çağırmayın. Qanuni yolla çağırış vərəqi gəlsə, gələcəm.
AXCP üzvü Mirfeyzulla Seyidov : Xətai rayon Polis İdarəsinin Cinayət –axtarış şöbəsinin rəisi gəldi. Əvvəlcədən dedim ki, siz mənimlə profilaktik söhbət apara bilməyəcəksiniz. Mən bu yolu düşüncə ilə seçmişəm. Azərbaycanın vəziyyətinin nə qədər ağır olduğunu bilirik. Ölkənin varının-dövlətini talayıb ölkədən gedirlər. İnsanlar səfil gündə yaşayırlar. O dinməsin, bu dinməsin, bəs kim danışmalıdır? Baxdım ki, polisdən gələnlərin məqsədi mitinqdən əvvəl insanlara psixoloji basqı yaradıb mitinqin kütləviliyinin qarşısını almaqdır. Mən də bildirdim ki, siz bununla mənim qarşımı ala bilməyəcəksiniz. Ağır vəziyyətdə olsam da, mitinqdə iştirak edəcəm.
Daxili İşlər Nazirliyi bu iddialara cavab verməyib.

  • Yazılıb
  • da (də) 2017 Oct 29
  • Göndərən مدير سايت Aran News