Havana daim İran xalqı və dövlətinin hüquqlarını müdafiə edəcək və imperializm ilə mübarizədə İranın kənarında olacaq
Iran Servisi/Aran Agentliyi
İİR prezidenti deyib: İran və Kuba xalqları dünya tamahkarları qarşısında eyni bir cəbhədə dayanıblar
Mahmud Əhmədinejad Kubanın dövlət naziri və İran-Kuba komissiyasının kubalı həmsədri Rikardo Kabrisad ilə görüşdə iki ölkə əlaqələrini davamlı, dərin və möhkəm adlandıraraq deyib: Tehran Havana ilə əməkdaşlıqların bütün zəminlərdə inkişaf etdirilməsini müsbət qarşılayır və iki ölkəni dünyanın mühüm məsələləri ilə bağlı, qarşılıqlı ortaq fikirləri əlaqələrin əsasını təşkil edir .
Əhmədinejad İran və Kubanın daim bir-birinin kənarında olmasına və bir birini dəstəkləməsinə təkid edərək, Kubanı İranın haqlarını müdafiə ilə bağlı mövqeyini yüksək dəyərləndirib və deyib : Şübhəsiz bu iki ölkə daim bir birinin kənarında olacaq və beynəlxalq qurumlarda bir-birinin maraqlarını dəstəkləyəcəklər .
Rikardo Kabrisas da bu görüşdə deyib: Havana daim İran xalqı və dövlətinin hüquqlarını müdafiə edəcək və imperializm ilə mübarizədə İranın kənarında olacaq.