İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın görüşməklə bağlı təklifini rədd edib.
Arannews-“azərtac”a istinadən verilən xəbərə görə, Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi məlumat verib.
O bildirib ki, bu ilin sentyabrında BMT Baş Məclisinin 72-ci iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Həsən Ruhani ABŞ rəsmilərindən prezident D. Trampla görüşmək dəvəti alıb. Lakin ABŞ prezidentinin İrana qarşı kəskin çıxışlarına görə prezident Həsən Ruhani görüşmək istəməyərək təklifi qəbul etməyib.