Tarix : 2017 Oct 30
Kod 53215

İnterpolla axtarılan Azərbaycan vətəndaşı Gürcüstanda silahla saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb.

Arannews-İslamınSəsi bildirir ki, APA-nın yerli bürosunun  Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadla verdiyi məlumata görə, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində “Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun “qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır. 
 Gürcüstan DİN dövlət sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə istintaq aparır.
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp

  • Yazılıb
  • da (də) 2017 Oct 30
  • Göndərən مدير سايت Aran News