Arannews-FaktXəbər-in İran mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan, Rusiya və İran prezidentləri Tehranda üçtərəfli görüşü keçiriləcək. Görüşün noyabr ayının 1-də keçirilməsi gözlənilir.
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ötən həftə verdiyi açıqlamada bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putinin İrana səfəri planlaşdırılır. Səfərin məqsədi Tehranda keçiriləcək Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştirak etməkdir.