Tarix : 2017 Oct 30
Kod 53216

Putin, Ruhani və İlham Əliyevin Tehranda üçtərəfli görüşü keçiriləcək

Putin, Ruhani və İlham Əliyevin Tehranda üçtərəfli görüşü keçiriləcək
Arannews-FaktXəbər-in İran mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan, Rusiya və İran prezidentləri Tehranda üçtərəfli görüşü keçiriləcək. Görüşün noyabr ayının 1-də keçirilməsi gözlənilir.
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ötən həftə verdiyi açıqlamada bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putinin İrana səfəri planlaşdırılır. Səfərin məqsədi Tehranda keçiriləcək Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
  • Yazılıb
  • da (də) 2017 Oct 30
  • Göndərən مدير سايت Aran News