Tarix : 2017 Oct 31
Kod 53224

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Culfanın imam cüməsi: Bakı Azərbaycanın torpağı olduğu kimi Qarabağ da Azərbaycanın torpağıdır və bu ölkənin ayrılmaz hissəsidir.
AranNews - Culfanın imam cüməsi höccətül-islam vəl-müslimin Salar Səncəri bu həftənin cümə namazının ibadi-siyasi xütbələrində Azərbaycanın müdafiə nazirinin cəbhə xəttində yerləşən ordu qüvvələrinin güclənməsi, döyüş qabiliyyəti və döyüş hazırlığının artırılması ilə bağlı verdiyi tapşırıqlara işarə edərək deyib: “Qarabağ bugünləri fitnəyə düçar olub və bu fitnə müzakirə yolu ilə həll olası deyil”.
İmam cümə əlavə edib: “Azərbaycan və Ermənistan öz qüdrətlərini nümayiş etdirmək üçün xarici ölkələrlə əlaqələr qurublar. Qarabağ münaqişəsi o vaxt həll olar ki, Ermənistan Rusiyadan, Azərbaycan Amerikadan ayrılsın. Çünki imperializmin boynuyoğunları öz mənafelərinə görə Qarabağ fitnəsini həll etmək istəmirlər”.
Höccətül-islam vəl-müslimin Səncəri Qarabağda referendum keçirilməsi təklifini tənqid edərək deyib: “Bu çox gülünc bir təklifdir. Bakı Azərbaycanın torpağı olduğu kimi Qarabağ da Azərbaycan torpağının bir hissəsidir və bu ölkədən ayrılmaz”.
Ali Məqamlı Rəhbərin “Qarabağ uğrunda hər kəs ölsə, şəhiddir”-fətvasına işarə edən xətib deyib: “Qarabağın azad olunması yolu müqavimət, qeyrət və şücaətdir. Azərbaycan siyasətçiləri məhərrəm və səfər aylarında caz musiqi festivalı təşkil etməkdənsə, bu ölkədə Aşura mədəniyyətini genişləndirməklə Qarabağın azad olunması yolunu açsınlar”. 


  • Yazılıb
  • da (də) 2017 Oct 31
  • Göndərən مدير سايت Aran News