Kərbəlada Ərbəin ilə əlaqədar 10 gün ərzində bütün dövlət müəssisə və təşkilatları tətil edəcək.
Arannews-Kərbəla Şəhər Şurasının sərdi Qasem Xatəbi bu barədə məlumat verib. "İmam Hüseynin (ə) Ərbəin mərasimini daha böyük təntənə ilə keçirmək məqsədilə Kərbəla şəhərində bütün idarə və təşkilatlar oktyabr ayının 31-dən noyabr ayının 9-na qədər bağlı olacaq. Bu qərar, Kərbəla Şəhər Şurası və qubernatorluğu tərəfindən Ərbəin mərasimini daha təntələnəli keçirmək, zəvvarlara daha yaxşı xidmət etmək və onların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib", - deyə şəhər şurasının sədri bildirib.
O həmçinin bildirib ki, yeganə olaraq şəhərin təhlükəsizlik orqanları gücləndirilmiş iş rejimində çalışacaqlar. 30 mindən çox polis şəhər ərazisində zəvvarların təhlükəsizliyini təmin edəcək.(deyerler.org)