İlahiyyatçı Zülfiqar Mikayılzadə 2015-ci ildə baş verən Nardaran hadisələri ilə bağlı həbs olunub
Arannews-İlahiyyatçı Zülfiqar Mikayılzadə 2015-ci ildə baş verən Nardaran hadisələri ilə bağlı həbs olunub. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Onların bir qisminə il yarımdan 6 ilədək həbs cəzası verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Nardaran işi 1" üzrə təqsirləndirilən Tale Bağırzadə və Abbas Hüseynə 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hazırda "Nardaran işi 2" və "Nardaran işi 3" üzrə məhkəmə prosesləri davam edir. Zülfiqar Mikayılzadə də "Nardaran işi 3" üzrə təqsirləndirilir. Dövlət ittihamçısı ona 18 il həbs cəzası istəyib.Zülfiqar Mikayılzadə Azərbaycanda geniş tanınan ilahiyyatçıdır. Rakurs TV onun haqqında hazırlanan sənədli filmi təqdim edir: