Tarix : 2017 Nov 01
Kod 53239

Bu gün Tehranda Ruhani, Əliyev və Putin arasında görüş keçiriləcək -

İslaminSesi.info xəbər verir ki, bu gün İranın paytaxtında İran, Azərbaycan və Rusiya pezidentləri arasında həm iki tərəfli, həm də üçtərəfli görüşlər keçiriləcək.
Arannews-"Sammit zamanı Rusiya, Azərbaycan və İranın siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətinin ən aktual mövzularını müzakirə etmək nəzərdə tutulur", deyə Rusiya prezidentinin mətbuat xidmətindən bildirilib.
 RİA-ya istinadla verdiyimiz məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov isə bildirib ki, həm Rusiya-İran, həm Rusiya-Azərbaycan, həm də üçtərəfli formatdakı görüşlərin gündəliyində enerji sahəsində işbirliyi olacaq. O, danışıqların böyük detallarını indi açıqlaya bilmədiyini qeyd edib.

  • Yazılıb
  • da (də) 2017 Nov 01
  • Göndərən مدير سايت Aran News