aksiyaçı «İstefa!» və «Azadlıq!» şüarları ilə BŞİH-in binasına doğru hərəkət edib. Polis həmin aksiyaçıları da saxlayıb
Azerbaijan Servisi/Aran Agentliyi
Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında keçirmək istədiyi icazəsiz aksiya baş tutmayıb. Polis aksiyaçıların meriyanın qarşısına toplaşmasına imkan verməyib. Polis bir neçə nəfəri, o cümlədən «Yeni Müsavat» qəzetinin əməkdaşı Əfqan Muxtarlını da saxlayıb.
Bundan sonra bir qrup aksiyaçı «İstefa!» və «Azadlıq!» şüarları ilə BŞİH-in binasına doğru hərəkət edib. Polis həmin aksiyaçıları da saxlayıb. Saxlananlar arasında jurnalist Mustafa Hacıbəyli də var.
Ancaq aksiyaçılar piketin qətnaməsini paylamağa nail olublar. Qətnamədə hakimiyyət Konstitusiyanın 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq hüququnu təmin etməyə çağırılır.
Polisin saxladığı bütün aksiyaçılar sonradan xəbərdarlıq edilərək sərbəst buraxılıblar.
Müsavat Partiyası bir neçə dəfə mitinq keçirmək üçün BŞİH-ə müraciət etsə də, meriya onlara aksiya üçün Bibiheybət qəsəbəsini göstərib. Partiya sözügedən qəsəbədə mitinq keçirməkdən imtina edib və BŞİH-i məhkəməyə verib.