Almaniyanın paytaxtı Berlində yaşayan fələstinlilər işğalçı İsrail rejiminə “Qəzzaya hücumları dayandır” şüarı ilə etiraz etdi.
Maide.Az "AA"-a istinadən xəbər verir ki, İşğalçı İsrail rejimi Qəzza Zolağının cənubunda Xan-Yunis şəhəri ərazisində yerləşən əraziləri bombalaması nəticəsində 8 nəfər şəhid olub, 12 nəfər yaralanıb. Berlindəki Fələstin dərnəkləri bu şəhərin Hermannplatz meydanında toplaşaraq “İşğalçı İsrail Qəzzaya təcavüzü dayandır” şüarı ilə aksiya keçirib.
Etiraz aksiaysında iştirak edənlər əllərində Fələstin bayraqlarını daşıyıb, şəhid olanlar üçün şam yandırıb və işğalçı rejim əleyhinə şüarlar səsləndiriblər.