Arannews-Namaz ən böyük İlahi zikrdir və onun cəm halında qılınması xüsusi tövsiyə edilir. Belə bir ibadətlər cəmiyyətdə dini mədəniyyətin yayılmasına səbəb olur. "İbadətin fəlsəfəsi yalnız fərdi özünüdüzəltmədən ibarətdir" düşüncəsi yanlış düşüncədir; Çünki ibadətlər sağlam və mənəvi cəmiyətin təşkil edilməsi hədəfini güdür.Buna görə də cəm halında həyata keçirilən ibadətlərin İslam dinində xüsusi yeri var; məscid də elə bu qəbildəndir.
Camaat namazı
Ən fəzilətli cəm ibadət növü gündəlik olaraq namazın camaatla qılınmasıdır.
İmam sadiq (ə) buyurur: "Camaat namazınıın savabı 24 furada namazın savabına bərabərdir". (Vəsailuş-şiə, cild 4, səh: 371)
İslam Peyğəmbəi (s.ə) buyurur: "Camaat namazı qılmaq üçün məscidə gedən şəxsin atdığı hər addım bərabərində Allah ona yetmiş min həsənə savab verər...".
Bəzi rəvayətlərə görə, hər camaat namazı 25 başqa namazdan üstündür.
Bir nəfər həzrət Peyğəmbərin (s.ə) hüzuruna gəlib dedi: "Ya Rəsuləllah! Gözüm kordur, bəzən azanın səsini eşidirəm, amma məni camaat namazına gətirən bir adam olur. Peyğəmbər (s.ə) buyurdu: Evindən məscidə kimi ip bağla və (gəl) camaat namazında iştirak et". (Vəsailuş-şiə, cild 4, səh: 377)
Camaat namazında iştirak edənlərin sayı hər nə qədər çox olarsa camaat namazının savabı da artır, həzrət Peyğəmbər (s.ə) buyurur: "Əgər (namaz qılanlar sayı) on nəfəri keçərsə asimanlar mürəkkəb, ağaclar qələm, insanlar, cin və mələklər katib olarsa (yenə də) bir rükət namazın savabını yaza bilməzlər". (Biharul-ənvar, cild: 87, səh: 15)
Digər bir məsum (ə) buyurur: "(Camaat namazı qılındıqdan sonra) digərcamaat namazının intizarını çəkmək hər günahın kəffarəsidir". (Mustədrəkul-vəsail, cild: 6, səh: 448)
Məscid və camaat namazından uzaqlaşmaq
Hər bir şeyin dəyəri onun əsas hədəfilə ölçülür. Məsicidin İslam dinində xüsusi yeri var və məsumlar (ə) məscidin abadlaşdırılaraq dirçəldilməsi barədə tövsiyələr ediblər. Məscidlərin dirçəldilməsi ibadət, münacat və Allah yadı ilə sıx əlaqəlidir hətta təfsirçilər məscidlərdə ibadət etməyi məscidlərin abadlaşdırılması qismində hesab edirlər, məscidlərdən ibadətin tərk edilməsini isə məscidlərin xarabalığa çevrilməsi adlandırlar. Məscidlərdə ibadət etməyin xüsusi əhəmiyyəti olduğu kimi məscidlərdə ibadətin tərk edilməsi də pislənir; xüsusilə də məscidin qonşuluğunda yaşayanlar üçün (Mustədrəkul-vəsail, cild: 6, səh: 484)
İmam sadiq (ə) buyurur: "Üç şey Allha şikayət edəcək: Biri əhli namaz qılmayan məscidlər...". (Vəsailuş-şiə, cild: 3, səh: 478-479)
İmam Baqir (ə) buyurur: "Məscidin camaat namazında iştirak etməyən məscid qonşusunun namazı kamil deyil əgər xəstə və ya çətinlikdə olmasa". (Vəsailuş-şiə, cild: 5, səh: 375)
Tarixdə oxuyuruq ki, həzrət Əliyə (ə) belə bir xəbər gəlib çatdı ki, bir qrup şəxslər məscidə namaz qılmağa gəlmirlər. İmam (ə) xütbə oxuyub buyurdu: Bir qrup şəxslər məscidlərimizdə bizim ilə birgə camaat namazında iştirak etmir, buna görə bizimlə yeməsinlər, içməsinlər, bizimlə danışmasınlar, məsləhətləşməsinlər, evlənməsinlər, bizim vergilərdən heç nə almasınlar-camaat namazında iştirak edənə kimi"