Azərbaycan Respublikasının prezidenti Rusiya, Azərbaycan Respublikası və İran prezidentlərinin üçtərəfli sammitində iştirak etmək üçün Tehrana səfər edəcək.
Arannews-Bu səfər İlham Əliyevin son dörd ildə İrana olan dördüncü rəsmi səfəridir. İlham Əliyevin qarşıdakı səfəri onun Tehrana olmuş son səfərindən təqribən səkkiz ay fasilə ilə həyata keçir.
Bu səfər Rusiya, Azərbaycan Respublikası və İran prezidentlərinin ikinci üçtərəfli Tehran sammitinə əsasən, xas regional əhəmiyyət daşıyır.
Bu qəbildən birinci üçtərəfli sammit il yarım bundan öncə Bakıda keçirilmişdi.
Tehran üçtərəfli sammiti regional təsirlərdən əlavə, İran ilə Azərbaycan Respublikası arasında hərtərəfli əlaqələrin möhkəmləndirilməsində də təsirli olacaqdır.