Suriya Silahlı Qüvvələri Deyr əz-Zor əyalətinin mərkəzində irəliləməyə davam edir.
Arannews-İslamazeri.com "AlmasdarNews"-a istinadla xəbər verir ki, ordu qüvvələri bir-birinin ardınca mərkəzi rayonları İŞİD-dən geri alır. Xüsusi təyinatlı "Pələng qüvvələri" ilə birlikdə ordunun 4-cü mexanikləşdirilmiş diviziyası Köhnə Hava limanı rayonunun cənub hissəsinə daxil olub. Şiddətli atışmada ordu qüvvələri İŞİD terrorçularını geri çəkilməyə vadar edib və strateji rayonun bu hissəsini azad edib.
Bununla yanaşı, Suriya ordusu əl-Hamidiyyə rayonunda da irəliləyib və buranın qərbində geniş əraziləri tutub. Ordunun digər bölmələri əl-Cubeylə istiqamətində də irəliləyib.
Hərbi mənbələrin bildirdiyinə görə, növbəti günlər ərzində Suriya ordusu əl-Hamidiyyəni tamamilə azad edəcək və əyalətin mərkəzindəki İŞİD qüvvələrini seçim qarşısında qoyacaq. Belə ki, terrorçular bundan sonra ya təslim olmalı, ya geri çəkilməli ya da zəif müqaviməti davam etdirməli olacaqlar.