Tarix : 2017 Nov 02
Kod 53250

İran azərbaycanlı zəvvarların Kərbəlaya gediş-gəlişini asanlaşdırıb

Ərbəinə (Kərbəla) azərbaycanlı zəvvarların gediş-gəlişinin asanlaşdırılması məqsədi ilə onların Mehran sərhəd-buraxılış məntəqəsindən keçməsinə icazə verilib”
Arannews-“Ərbəinə (Kərbəla) azərbaycanlı zəvvarların gediş-gəlişinin asanlaşdırılması məqsədi ilə onların Mehran sərhəd-buraxılış məntəqəsindən keçməsinə icazə verilib”. Bunun İranın Ərbəin Mərkəzi Qərargahının sözçüsü Şəhriyar Heydəri deyib. Ş. Heydəri bildirib ki, indiyədək əcnəbilərin, xüsusilə Azərbaycan və Türkiyədən olan zəvvarlar İraq ərazisinə keçməsi yalnız Şələmçə sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün olub: “Qərara alındı ki, zəvvarların səfərini asanlaşdırmaq məqsədi ilə onların Mehran sərhəd-buraxılış məntəqəsi vasitəsilə də gediş-gəlişinə icazə verilsin”. O deyib ki, Azərbaycandan Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran sərhəd-buraxılış məntəqəsi ilə yanaşı, Xosrəvi sərhəd-buraxılış məntəqəsindən də keçə bilər./eastnews/
  • Yazılıb
  • da (də) 2017 Nov 02
  • Göndərən مدير سايت Aran News