Tarix : 2017 Nov 02
Kod 53251

Tehran görüşü narahatlıq doğurur

İqtisadçı alim Qubad İbadoğlu Tehranda Azərbaycan, İran və Rusiya rəhbərlərinin görüşünü tarixi faktlar baxımından narahatlıq doğuran hadisə kimi qiymətləndirir.
Arannews- Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Ən çox Rusiya və İran üçün tarixi əhəmiyyət kəsb edən Tehran sammitində Azərbaycanın da yer alması ölkənin gələcək inkişaf kursu ilə bağlı narahatlıqları daha da artırır.
Odur ki, hesab edirəm ki, Azərbaycanın yaxın qonşuları ilə xarici əlaqələri çoxtərəfli deyil, dövlətin strateji maraqlar nəzərə alınmaqla ikitərəfli formatda qurulmalıdır. Bu halda ayrıca olaraq Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətlərinin əleyhinə olmamaqla hesab edirəm ki, gələcək inkişaf kursu bölgədəki qüvvələr nisbətinin bu günkü təsirləri ilə qısa müddətli deyil, strateji hədəflərə yönələn assosiyasa sazişi çərçivəsində Avropa Birliyi ilə uzun müddətli əməkdaşlıq formatında olmalıdır. İndiki qlobal və regional şəraitdə Azərbaycanın Rusiya və İranla üçtərəfli formatda əməkdaşlığının və onlarla birgə öhdəliklər götürməsi ölkənin gələcək inkişaf perspektivlərini tutqun edir. Unutmayaq ki, tarixən itirdiyimiz əzəli Azərbaycan torpaqlarının və bu gün də həsrət qaldığımız Qarabağın işğalında hər iki dövlətin müstəsna rolu olub. Eyni zamanda Rusiya və İran tərəfindən Ermənistana davamlı olaraq göstərilən iqtisadi və siyasi dəstək Qarabağ azad edilməsində ən ciddi maneələrdən biridir. Bu gün nələr baş verdiyini anlamaq üçün sadəcə tariximizi bilmək yetər.
  • Yazılıb
  • da (də) 2017 Nov 02
  • Göndərən مدير سايت Aran News