Tarix : 2017 Nov 02
Kod 53254

Prezident İlham Əliyev İran İslam Respublikasının ali rəhbəri Ayətulah Xamenei ilə görüşüb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi qəbul edən İranın Ali dini lideri Ayətullah Xamenei iki ölkə arasında əməkdaşlığın qardaşlıq və dostluq müstəvisində olduğunu bildirərək deyib ki, bəziləri bu münasibətlərə qarşı müxalifdirlər və gərək bu vəsvəsələr bizim əməkdaşlığımıza mane olmasın.
İslaminSesi xəbər verir ki, Azərbaycan, İran və İraq əhalisinin əksəriyyətinin Əhli-beyt(ə) davamçıları olduğunu xatırladan Ayətullah Xamenei, bunun qədrinin bilməyin zəruri olduğunu söyləyib.


Ali dini lider onu da qeyd edib ki, bu il Azərbaycanda keçirilən geniş Aşura Məhərrəm mərasimləri Azərbaycan xalqının ruhiyyəsini və kimliyini daha da gücləndirəcək: “Azərbaycan xalqının keçən illərə nisbətən Məhərrəm mərasimlərinin bu il daha da geniş keçirməsi Azərbaycan xalqının nə qədər imanlı olmasının göstəricisidir. Azərbaycan xalqına qarşı 70 il marksist ideyası ilə mübarizə aparılsa da bu imanı aradan apara bilmədilər."


  • Yazılıb
  • da (də) 2017 Nov 02
  • Göndərən مدير سايت Aran News