Livanın "Hizbullah" müqavimət hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bu gün Beyrutda HƏMAS hərəkatının hərbi qanadının lideri Saleh əl-Aruri ilə görüşüb.
Arannews-İslamazeri.com-un xəbərinə görə, bu barədə Livanın "əl-Manar" televiziyası məlumat yayıb.
İki lider Qəzzadakı tuneli partlatmasından sonra sionist rejimin davam etdirdiyi aqressiv davranışları müzakirə ediblər.
Məlumata görə, dünən baş tutmuş görüşdə "Hizbullah" lideri tuneldəki itkilərə görə Saleh əl-Arura başsağlığı verib. Seyid Həsən Nəsrullah, həmçinin "İslami-Cihad" hərəkatının lideri Ramazan Salaha da telefonla başsağlığı verib.
Bildirək ki, bu görüş 2011-ci ildə Suriyada müharibə başlayandan bəri iki hərəkat səlahiyyətlisi arasında baş tutmuş ilk görüşdür. Türkiyədən və Qətərdən deportasiya edilən Saleh əl-Arur hazırda Livanda yaşayır. O, HƏMAS-la "Fəth" hərəkatı arasında uzlaşma üzrə əsas vasitəçiliyi etmiş şəxsdir.