AranNews – Redaksiyamızın “Culfanews”-ə istinadla verdiyi məlumata görə, bugünlərdə Culfanın hər tərəfində Ərbəin ab-havası yaşanır. Bu ab-hava piyada Ərbəin yürüşünün rövnəqlənməsi ilə daha da genişlənməkdədir.
Dünyanın bütün yerlərində bir çoxları ziyarət niyyəti ediblər və səfər yüklərini bağlayıblar, bir çoxlarını ürəyi də ziyarət şövqü və səfər həsrətilə alışıb-yanır.
Bəlkə də şəxsi çətinliklər biz iranlılar üçün Ərbəin zəvvarları arasında olmamağımızın yeganə səbəbi ola bilər. Amma dünyanın bir çox yerlərində yaşayan şiələr hətta, şiə olduqları üçün belə əvəz ödəməli olurlar və öz dini vəzifələrini yerinə yetirməkdə azad deyillər. O qədər şiələr vardır ki, Ərbəin piyada yürüşündə iştirak etmək həsrətindədirlər və yalnız bu əzəmətli toplantını görməklə gözləri həsrət yaşı ilə dolur və bu qafilədən onların payı göz yaşları olur.
Azərbaycan Respublikasının şiələri də dövlətin onlar üçün məhdudiyyət və dini mərasimlər üçün repressiv durum yaratdığı şiələrdəndir. Bu repressiv durum elə hir həddə çatmışdır ki, məhərrəm ayının əzadarlıq günlərində bir sıra şəhərlərdə məscidlərin qapısı bağlanır və beləliklə, əzadarlıq etməyin qarşısı alınır. Hətta, cavanlardan bəziləri əzadarlıq etdiklərinə görə məscidin imamı ilə birlikdə həbs edildi.
Belə bir şəraitdə bu ölkənin şiələri Kərbəla ziyarəti şövqü ilə səfərə çıxıblar və Culfa şəhəri bu zəvvar karvanını qarşılamağa hazırdır.
Culfa mokəbi (heyəti) bu il ikinci il olaraq bütün çətinliklərə dözərək eşq yolunda qədəm götürən Azərbaycan Respublikasından gəlmiş Ərbəin zəvvarlarını qarşılamağa hazırdır.
Zəvvarları qarşılayacaq mokəb əhalinin maddi dəstəyi və əzadarlıq heyətlərinin köməkliyi ilə Ərbəinə bir həftə qalmış İmam Hüseyn (ə) zəvvarlarını qarşılamaq üçün qurulmuşdur və Ərbəindən bir həftə sonra da zəvvarlara xidmət göstərəcək.
Xalq heyətlərinin məsulu höccətül-islam vəl-müslimin Zakiri bu barədə deyib: “Bu mokəb ötən il Azərbaycandan gəlmiş 400 zəvvarı qarşıladı və onları Kərbəlaya yola saldı”.
Mokəbin xidmətləri sırasında dini xütbə, rövzə, mədəniyyət hədiyyələri və səfər azuqəsi olduğunu bildirən Zakiri vurğulayıb: “Bu il Azərbaycan Respublikasından ziyarətə gedən 500 zəvvarın bu mokəbin qonağı olacağı gözlənilir”.
Xalq heyətlərinin məsulu əlavə edib: “Ərbəin şiələrinin dünyaya mesajı vəhdətdir. Ərbəində müsəlmanların vəhdət və əzəməti hər ildə olduğundan daha çox nümayiş etdirilməlidir. Culfa şəhərinin əhalisi də son illərdə İmam Hüseyn (ə) zəvvarlarını qarşılamaqla bu əzmətli hərəkatda azacıq da olsa, paylarının olmasına çalışırlar”.