Arannews-Rusiya prezidenti Vladimir Putini qəbul edən Ayətullah Xamenei Suriyada Rusiya və İranın müştərək fəaliyyətini yüksək qiymətləndirərək deyib ki, başda Amerika olmaqla bir neçə ölkənin dəstəyilə Suriyada fəaliyyət göstərən terrorçulara qarşı birgə fəaliyyətimiz eyni hədəfli çətin məsələlərdə əməkdaşlığımızın mümkünlüyünü sübut edir.Suriyada terrorçulara dəstək verən Amerikanın başçılıq etdiyi koalisiyanın məğlub olduğunu diqqətə çatdıran Ayətullah Xamenei hazırda onların yeni planlar üzərində işlədiyini bildirib.
Suriyada bütün bu planların alt-üst edilməsi üçün daha möhkəm əməkdaşlığa ehtiyac vurğulayan Ayətullah Xamenei Rusiyanın son addımlarını onun Qərbi Asiyada nüfuzunun artmasına səbəb olduğunu deyib.
Ayətullah Xamenei Suriyada son sözü heç bir xarici təzyiq olmadan Suriya xalqının özünün verməli olduğunu diqqətə çatdırıb.
İki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın daha da artırılmasının zəruriliyini vurğulayan Ayətullah Xamenei ABŞ-ın hər iki ölkəyə tətbiq etdiyi sanksiyalardan ancaq birgə əməkdaşlıq etməklə çıxmağın mümkün olduğunu bildirirb.
Hər iki ölkə arasında ticarət dövriyyəsində dollardan imtina etməyin zəruriliyi haqqında danışan Ali Rəhbər bununla ABŞ-dan asılılığı azaltmış olarıq deyib.
Ayətullah Xamenei Səudiyyə Ərəbistan rejiminin bəzi ölkələrin işinə müdaxiləsini o cümlədən Yəməndə hər gün cinayətlər törətdiyini bildirib və qeyd edib ki, Səudiyyə rejimiin Yəməndəki cinayətləri bu ölkənin daha dərin problemlərlə üzləşəcəyinə səbəb olacaq. Onlar vəba xəstəliyinə yoluxmuş Yəmənin məzlum xalqına tibbi və humanitar yardımların belə çatdırılmasına imkan vermirlər.
Rusiya prezidenti Vladimir Putini ağıllı, güclü və söz sahibi adlandıran Ayətullah Xamenei məhz bu amilin Rusiya ilə böyük işləri görməyə əməkdaşlıq etməyə imkan verdiyini bildirib./