Biləsuvar şəhərinin fərmandarı: “İndiyədək 2100 nəfər xarici ölkələrdən gəlmiş Kərbəla zəvvarı Biləsuvarın sərhəd bölgəsində qurduğu mokəbin qonağı olmuşdur. Zəvvarların 7000 nəfərə çatacağı gözlənilir”.
AranNews – Aram Həlim dünən xaricdən gəlmiş Ərbəin zəvvarlarının yerləşdiyi mokəbə baxış keçirərkən deyib: “Azərbaycan, Rusiya və Gürcüstandan gəlmiş 2100 nəfər zəvvar Biləsuvarda dayanmışdır. Zəvvarların sayının 7000 nəfərə çatacağı gözlənilir. Ötən il Ərbəin ziyarətində iştirak etmək üçün Biləsuvar gömrük-keçid məntəqəsi vasitəsilə keçən zəvvarların sayı 2000 nəfər olmuşdur”.
Biləsuvarın fərmandarı əlavə edib: “Ərbəin zəvvarlarının sayının diqqəti çəkən səviyyədə artması ilə eyni zamanda Biləsuvar mokəbi də öz xidmətlərini genişləndirib. Bu il bölgədə daha uyğun mənəvi mühitin yaranmasının şahidiyik. Bundan sonra da xaricdən gəlmiş zəvvarların qarşılanmasını gözləyirik. Bu zəminədə məsulların vəzifəsi daha da həssasdır”.
Fərmandar vurğulayıb: “İslami mədəniyyətin genişlənməsi istiqamətində Ərbəin Qurumunun üzvlərinin uyğun əlaqələnməsi böyük əhəmiyyət kəsb edir. Xoşbəxtlikdən bu məsələdə lazımı uyğunluq vardır. İslam ümmətinin birliyi uğrunda və Ərbəin zəvvarlarının daha yaxşı qarşılanması və yola salınması üçün bu uyğunluqları davam etdirmək lazımdır”.
A. Həlim bildirib ki, xaricdən gəlmiş zəvvarlar bu mokəbdə qısa müddət qaldıqdan sonra Ərbəin yürüşündə iştirak etmək üçün Mehran gömrük-keçid məntəqəsi vasitəsilə Kərbəlaya yola düşəcəklər.