Xaricdən gəlmiş ziyarətçiləri qarşılamaq üçün yaradılmış qurum Azərbaycan və Türkiyədən gəlmiş zəvvarları qarşılayaraq onları yerlə təmin edib.
AranNews – Təbriz, Culfa, Bonab, Bostanabad və Azərşəhr şəhərlərinin əhalisi İmam Hüseyn (ə) Ərbəini mərasimində iştirak etmək üçün Azərbaycan, Naxçıvan və Türkiyədən gələrək Şərqi Azərbaycandan ötən zəvvarları qarşılayaraq onları Şələmçə keçid məntəqəsinə çatdıracaq.
İndiyədək Təbrizdə 350 nəfər qeyri-iranlı zəvvar yerlə təmin edilib və onlara təmənnasız xidmətlər göstərilib. Bu qarşılama işləri davam etdiriləcək.
Qeyd edək ki, Ərbəin mərasimi yaxınlaşdıqca dünyanın bütün yerlərindən İmam Hüseynin (ə) aşiqləri özlərini Kərbəlaya çatdırmaq, yeni qəhrəmanlıq yaradaraq, müsəlmalar arasında vəhdəti nümayiş etdirmək istəyirlər.
Xaricdən gəlmiş zəvvarları qarşılayan ictimai-dini heyətlər zəvvarları yerlə təmin edir, onları nahar və şam yeməklərinə qonaq edirlər.