Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2017-ci ilin oktyabr ayı ərzində 318,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Arannews-Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2017-ci ilin avqust ayı ərzində 292,6 milyon ABŞ dolları məbləğində, sentyabr ayı ərzində isə 252,2 milyon ABŞ dolları məbləğində vəsait satmışdı.
Ümumilikdə, yanvar-oktyabr ayları ərzində ARDNF valyuta hərraclarında 2 milyard 804 milyon 420 min dollar satıb.
Hökumətin başlıca iqtisadi qayğılarından biri olan manatın məzənnədini qorumaq siyasəti ölkəyə beləcə çox baha başa gəlir. Manatı qorumaq üçün ölkəyə Neft Fondu dolları gətirir və idxaldan kəskin asılılıq olduğundan həmin vəsaitlər xaricə gedir. 2.8 milyard dollar hesabına iqtisadiyyata çox ciddi investidiya qoyub idxaldan asılılığı xeyli azaltmaq da olardı. Manatın məzənnəsini qorumaq avantürası milyardları aparır və iqtisadi vəziyyəti daha da pisləşdirən amilə çevrilir.