Tarix : 2017 Nov 04
Kod 53276

Dünyanın ən nüfuzlu müsəlmanları: 3 azərbaycanlı da bu siyahıda - GENİŞ SİYAHI

Dünyanın ən nüfuzlu müsəlmanlarının yeni reytinqi dərc edilib.

Arannews-İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, İordaniyanın paytaxtı Əmman şəhərindəki Krallıq İslami strateji araşdırmalar mərkəzi Corctaunda yerləşən müsəlman-xristian qarşılıqlı anlaşma mərkəzinin dəstəyi ilə müsəlman dünyasının ən nüfuzlu şəxslərinin siyahısını dərc edib.

Siyahı müəllifləri “The Muslim 500-2018” reytinqinə müsəlman dünyası ilə yanaşı, ondan xaricdə də böyük nüfuza sahib 500 müsəlmanın adını daxil edib.
Siyahıda 1-ci yeri Qahirənin “Əl-Əzhar” universitetinin imamı şeyx Əhməd Muhəmməd əl-Tayyib tutub. 2-ci yerdə isə Səudiyyə kralı Salmandır.
3-cü yerin sahibi İordaniya kralı II Abdulla bin əl-Hüseyndir. 4-cü yerin sahibi isə İranın Ali lideri Ayətullah Seyid Əli Xameneidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə 5-ci yerdə qərarlaşıb.
Ayətullah Seyid Əli Sistani 8-ci, "Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullah isə 25-ci yerdədir.
Bu siyahıya həmçinin Azərbaycan Prezidenti İlham Əliyev (115), Tacikistan Prezidenti Emomali Rahmon (118), Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov (118) və Çeçenistan başçısı Ramzan Kadırov da (119) daxil edilib.
Qafqaz müsəlmanlarının Şeyxül-islamı Allahşükür Paşazədə 104-cü, xanəndə Alim Qasımov isə 160-cı yerdədir.
Maraqlıdır ki, İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin də adı bu siyahıya daxil edilib. O, 172-ci yerdə qərarlaşıb.
Qonşu Türkiyədən bu siyahıya ümumilikdə 14 nəfər var. Onlar arasında keçmiş XİN başçısı Əhməd Davudoğlu (119), həmçinin FETÖ terror təşkilatının başçısı Fətullah Gülən də (131) var.
Digər qonşularımız Rusiyadan ümumilikdə 3,  İrandan 17 nəfər var.
İranlılar arasında həmçinin məşhur kino-rejissor Məcid Məcidi (158), ölkə başçısı Həsən Ruhani (112), XİN başçısı Muhəmməd Cavad Zərif (112), Ayətullah Məkarim Şirazi (99) və digərləri var.

  • Yazılıb
  • da (də) 2017 Nov 04
  • Göndərən مدير سايت Aran News