Tarix : 2017 Nov 04
Kod 53277

DÜNYA VƏ AXİRƏT ŞƏFAƏTÇİLƏRİ

Şəfaət İslam dinin əsas müddəalarındandır və onu inkar edən şəxs imandan xaricdir

Arannews-Ayə və rəvayətlərdən məlum olur ki, insanı ilahi rəhmətə qovuşdurub səadətə çatdıran şəfaətçilər bunlardır: iman, saleh əməl, tövbə Quran, peyğəmbərlər, imamlar, şəhidlər, həqiqi möminlər, rəbbani alimlər. Məhz bu şəfaətçilərin köməyi ilə bir çox kafirlər, müşriklər, qafillər dünyada azğınlıqdan xilas olur. Dünyada günaha yol verib tövbəyə müvəffəq olmayan iman əhli isə məhz qiyamətdə şəfaət hesabına bədbəxtlikdən nicat tapır.

Bəli, şəfaət İslam dinin əsas müddəalarındandır və onu inkar edən şəxs imandan xaricdir.
İmanın şəfaəti haqqında «Hədid» surəsinin 28-ci ayəsində belə buyurulur: «Ey iman gətirənlər, Allahdan qorxun və onun peyğəmbərinə iman gətirin ki, Allah sizə öz mərhəmətindən iki pay versin. Sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan və rəhm edəndir».
Saleh əməlin şəfaətinə işarə ilə «Maidə» surəsinin 9-cu ayəsində buyurulur: «Allah iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, onları bağışlanma və böyük mükafat gözləyir.»

  • Yazılıb
  • da (də) 2017 Nov 04
  • Göndərən مدير سايت Aran News