Tarix : 2017 Nov 04
Kod 53278

Mosulun İŞİD tərəfindən işğal edilməsinə cavabdeh olan general edam ediləcək

İraqın tarixi Mosul şəhərinin 2014-cü ilin yayında İŞİD terror təşkilatının əlinə keçməsində təqsirli bilinən iraqlı general barəsində hərbi tribunal tərəfindən edam cəzası təyin edilib.

Arannews-İslamazeri.com-un xəbərinə görə, bu barədə "Al-Sura News" məlumat yayıb.

Bildirək ki, general Mehdi əl-Qərəvi haqda edam hökmü bu həftə hərbi tribunalda oxunub. Bu, İraqın hazırki Baş naziri Heydər əl-Abadinin hakimiyyəti dövründə ordu komandirinin hərbi cinayətə görə ilk edam hökmü faktıdır.
İŞİD Mosulu 2014-cü ildə işğal edib. Şəhərin müdafiəsinə cavabdeh olan general Qərəvinin əmri ilə 10 minlik İraq qoşununun geri çəkilməsindən sonra terrorçu təşkilat üzvləri Mosula girə biliblər.

  • Yazılıb
  • da (də) 2017 Nov 04
  • Göndərən مدير سايت Aran News