Suriya Ərəb Ordusu dünən Deyr əz-Zor əyalətinin eyniadlı mərkəzi şəhərini İŞİD terrorçularından azad etdikdən sonra bütün diqqətini İraqla sərhəddə yerləşən strateji əl-Bukamal rayonuna yönəldib.
Arannews-İslamazeri.com "AlmasdarNews"-a istinadla xəbər verir ki, əl-Bukamal əməliyyatına Suriya ordusunun xüsusi təyinatlı "Pələng qüvvələri" briqadası rəhbərlik edəcək. Məhz bu briqada Deyr əz-Zor, əs-Suxnə və Palmira şəhərlərinin azad edilməsində aparıcı rol oynayıb.
Əl-Bukamal şəhəri isə İŞİD-in ən mühüm sığınacaq məntəqəsi olmaqla yanaşı, terrorçuların nəzarətində qalan Suriyanın sonuncu şəhəridir. Buranın azad edilməsi əməliyyatında "Pələng qüvvələri"nə İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah), "Liva-Fatimiyyun", "Hizbullah" qüvvələri və sərhəd bölgələrdə İraq ordusu dəstək verəcək.