Kərbəla ziyarətinə getmək üçün İran ərazisindən keçən azərbaycanlı zəvvarlar burada əhali tərəfindən qarşılanır.
AranNews – Ərbəin ərəfəsində dünyanın hər yerindən Əbu Abdullah Hüseynin (ə) aşiqləri özlərini Kərbəlaya çatdırmağa çalışır.
Azərbaycan Respublikasından Kərbəla ziyarətinə gedən zəvvarlar İran ərazisindən keçirlər. İran əhalisi Azərbaycandan gəlmiş zəvvarları qarşılamaq üçün mokəblər təşkil edib. İndiyədək 500 nəfər zəvvar Culfa şəhərində yerləşən mokəblərdə iştirak edib, onların təmənnasız xidmətlərindən faydalanıb, namazlarını yerinə yetirib, əzadarlıq edib və Kərbəlaya yola düşüblər.
Təbriz, Culfa, Bunab, Bostanabad və Azərşəhr şəhərləri Azərbaycan, Naxçıvan və Türkiyədən gəlmiş zəvvarları qarşılayır. Bu zəvvarlar Ərbəin yürüşündə iştirak etmək üçün Şərqi Azərbaycandan keçərək Şələmçə gömrük-keçid məntəqəsinə gedirlər.