Ali Məqamlı Rəhbər: “Bu faydalı fürsət və Azərbaycanda şiələrin möhtəşəm əzadarlıq mərasimlərinin qədrini bilmək lazımdır. Çünki bu məsələlər sizin ölkənizin və xalqınızın kimliyini gücləndirir”.
AranNews - Bu il Azərbaycan Respublikasının Bakı və Gəncə kimi müxtəlif şəhərlərində keçirilən Aşura mərasimlərinin müsbət dalğası Arazın iki sahilinin xalqının tarixi bağlılığını yenidən diriltdi.
Ötən illərdə məhərrəm ayının mərasimləri Azərbaycanda qeyri-tətil günlərinə təsadüf etdiyindən bu mərasimlərdə iştirak və onun əks-sədası lazımınca cilvələnə bilmədi. Amma bu il Aşura günü rəsmi tətil gününə düşdüyü üçün Azərbaycan xalqının dini bağlılıqlarının gizlənmiş həqiqətləri aşkar oldu.
Əhalinin toplanması üçün təyin edilmiş məkanlarda dövlət tərəfindən məhdudiyyətlər yaradılmasına baxmayaraq xalqın Aşura mərasimində möhtəşəm iştirakı sübut etdi ki, Azərbaycan xalqı sovet dövründəki mövcud təzyiqlərə baxmayaraq öz kökündən uzaqlaşmayıb.
Bu ilin Aşura mərasimi Arazın bu tayının əhalisinin fikrini o taylı din bacı-qardaşlarına qarşı bərpa etdi. Belə ki, uzun illər uzaqlaşdıqdan sonra Azərbaycan Respublikasının xalqı yenidən islami predmetdə tanındı və Əhli-beyt (ə) məktəbinə əsaslanan ortaq tarixinə söykənməklə Azərbaycan Respublikasının müasir tarixində qızıl səhifə yarandı.
Nəzərə almaq lazımdır ki, iki xalqın ortaq iman və etiqad əsasında yaxınlığı iki dövlətin siyasi sahədə yaxınlaşması üçün də lazımi şərait yarada bilər. Ötən bir ildə siyasi-iqtisadi münasibətləri genişləndirmək istiqamətində Azərbaycanın dövlət heyətinin dəfələrlə İrana səfər etməsi və İran rəsmilərinin Azərbaycana səfərləri yaxın gələcəkdə iki xalqın ortaq keçmiş, regional və islami yaxınlaşma predmetində daha artıq yaxınlaşacağını deməyə əsas verir.
İslam İnqilabının Böyük Rəhbəri çərşənbə günü Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdə iki ölkə arasında dərin bağlılıqlara və əməkdaşlıqların genişləndirilməsinin zəruriliyinə toxunaraq dedi: “İran və Azərbaycan Respublikası arasında yaxın və qardaş münasibətlərin müxalifləri vardır. Onların təxribatçı hərəkətləri və pis niyyətləri qarşısında dayanmaq, daha möhkəm iradə ilə müxtəlif sahələrdə münasibət və əməkdaşlıqları genişləndirmək lazımdır”.
Həzrət Ayətullahül-üzma Xamenei Azərbaycan Respublikası xalqının böyük əksəriyyətinin İran və İraqda olduğu kimi Əhli-beyt (ə) davamçıları olduğunu vurğulayaraq bildirib: “Bu faydalı fürsət və Azərbaycanda şiələrin möhtəşəm əzadarlıq mərasimlərinin qədrini bilmək lazımdır. Çünki bu məsələlər sizin ölkənizin və xalqınızın kimliyini gücləndirir”.
İran-Rusiya-Azərbaycan prezidentlərinin Tehranda baş tutan üçtərəfli görüşü çərçivəsində Azərbaycan prezidentini qəbul edən Ali Məqamlı Rəhbərin sözlərinə diqqət etməklə demək olar ki, o, İran və Azərbaycan Respublikası arasında yaxınlaşma və əməkdaşlıq üçün lazım olan xətləri islami predmetdə təsvir etmişdir.