Prezidentin Xüsusi Qələm Müdiri Hüseyni Ərbəin yürüyüşünün ən möhtəşəm şəkildə keçirilməsi lazım olduğunu bildirib.
Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran Prezidentinin Xüsusi Qələm Müdiri Mahmud Vaizi iranlı ziyarətçilərin Ərbəin yürüyüşündə iştirak etmək üçün İraqa keçid vəziyyətini yoxlamaq üçün Çəzzabə və Şələmçə sərhəd qapılarını ziyarət edib.
Səfəri zamanı jurnalistlərə açıqlama verən Vaizi ziyarətçilərə xidmət etməyin prezidentlik qurumu üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Ərbəinin dini, siyasi və sosial baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirən Vaizi bu böyük yürüyüşün ən möhtəşəm şəkildə və tam təhlükəsizlik şəraitində keçirilməsi lazım olduğunu vurğulayıb.