Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs edilən əmisi oğlu və köməkçisi Vüqar Mahmudovun hansı maddələrlə ittiham edildiyi bəlli olub.
Arannews-Qafqazinfo xəbər verir ki, V.Mahmudov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü (Vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilib.Onun barəsində cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
V.Mahmudov barəsində dünən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.